"Güclənməyə ehtiyacımız var, çünki gedənlər olacaq"

1 Dekabr 2023 03:40 Futzal 770
"Güclənməyə ehtiyacımız var, çünki gedənlər olacaq"

"Güclənməyə ehtiyacımız var. Çünki bəzi oyunçular komandadan gedəcəklər".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Araz-Naxçıvan" futzal klubunun baş məşqçisi Vitali Borisov deyib.

Mövsümün əvvəlində ölkə çempionunun "sükanı arxasına" keçən 41 yaşlı mütəxəssis komandanın çıxışını orta qiymətləndirdiyini söyləyib.

Mövsümün əvvəlində baş məşqçiliyə başlayan Borisov futzalçı kimi çıxış etməyin daha asan olduğunu və zövq verdiyini söyləyib:

"Birinci il üçün həm millidə, həm də klubda çalışmaq asan deyil. Köməkçilər, rəhbərlik və oyunçular kömək edirlər".

O, hazırda Qazaxıstanın "Atırau" klubunda çıxış edən yığma üzvü Rövşən Hüseynlinin "Araz-Naxçıvan"a qayıtmaq ehtimalı barədə danışıb:

"Onun bu il klubu ilə müqaviləsi var və orada da yaxşı çıxış edir. Rövşənə uğurlar arzulayıram".

Millinin baş məşqçisi son olaraq DÇ-2024-ün elit mərhələsində dekabrda Rumıniya və Niderland yığmalarına qarşı görüşlərdə yaxşı nəticə qazanmağa çalışacaqlarını vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!