“Baku Fire” yığmaya 11 qol vurdu, "Neftçi" qalib gəldi

17 Noyabr 2023 03:30 Futzal 385
“Baku Fire”  yığmaya 11 qol vurdu, "Neftçi" qalib gəldi

Futzal üzrə Yüksək Liqada VII turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, tura mərkəzi oyunla start verilib.

Lider ötən mövsümün gümüş medalçısı ilə üz-üzə gəlib. Katatau və Ülvi Əliyev qırmızı vərəqə cəzalısı olduğuna görə, müvafiq olaraq hər biri öz komandasına kömək edə bilmirdi.

Oyuna nominal meydan sahibləri fəal başlasa da, hissənin ortaları son çempion üçün arzuolunmaz keçdi. Namiq Məmmədkərimov 3 dəqiqə ərzində het-trik etməklə komandasına üstünlük qazandırdı.

17-ci dəqiqədə isə Amadeunun səhvi Eminin Məmmədkərimovu aşkar qol vurmaq imkanından məhrum etməyə məcbur etdi və nəticədə təcrübəli qolkiper qırmızı vərəqə aldı.

İkinci hissəyə “Araz-Naxçıvan” qolla başaldı. Amadeunun zərbəsi qarşısıalınmaz oldu. Müdafiəçi 2 dəqiqə sonra fərqi minimuma endirdi. İsa isə status-kvonu bərpa etdi.

Oyunda bərabərlik növbəti dəfə 27-ci dəqiqədə pozuldu. Məmmədkərimov qol vurdu. Amma təcrübəli hücumçu sevincini rəqib texniki zonası qarşısında qeyd etməklə qarşı tərəfi mübahisəyə cəkdi və buna görə də ikinci sarı-qırmızı vərəqə alaraq meydanı erkən tərk etməli oldu.

36-cı dəqiqədə “Neftçi” qapıçını da meydan oyunçusu ilə əvəzləyən “Araz-Naxçıvan”ı meydanın mərkəzinə dəvət etdi. Beləliklə son çempion cari mövsümdə ilk yenilgisi ilə barışmalı oldu.

Turun ikinci oyunu da gərgin keçdi. Hesabı açan “Yasamal Bakı” sonradan rəqibin status-kvonu bərpa etməsinə mane ola bilməsə də, sonra yaxın yenidən üstünlük qazanmmağı bacardı və mövsümdə ikinci qələbəsini aktivinə yazdırdı.

Son dueldə isə “Baku Fire” böyükhesablı qələbə qazandı.

“Araz-Naxçıvan” – “Neftçi” İK (0:3) 3:6

11 noyabr. Olimpik Star. Saat 13:30

Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Hacıəli Ağayev

Hakim-inspektor: Murad Məmmədov

Qollar: Amadeu, 20:42, 22:43, İsa Atayev, 23:07, Vahib Xocayev, 30:03 // Namiq Məmmədkərimov, 9:47, 10:24, 11:36, 26:30, Fərid Atakişiyev, 36:00

Sarı vərəqələr: Amadeu, 23:57, İsa Atayev, 26:30, Xətai Bağırov, 26:30, Fuad Səfərov, 26:30, Ağakərim Həsənov, 26:30 // Sorouş Heydari, 23:57, Namiq Məmmədkərimov, 25:11

Qırmızı vərəqə: Emin Kürdov, 16:30, Lukas Romao (oyundan sonra) // Namiq Məmmədkərimov, 26:30 (ikinci sarı)

“Record club” – “Yasamal Bakı” (0:1) 1:2

11 noyabr. Olimpik Star. Saat 15:30

Hakimlər: Hikmət Qafarlı, Rza Məmmədov, Məmmədəli Kərimov

Hakim-inspektor: Elçin Səmədli

Qollar: Mojtaba Vali, 33:16, Hossein Şahbandi (məşqçi), 38:59 // Fuad Məmmədzadə, 7:53, Rüstəm Bağırov, 38:25

Sarı vərəqələr: Arzu Abbasov, 10:54, Poriya Khişavangi, 32:08, Mehdi Karimi-oyundan sonra // Rasim Mikayılov, 27:33, Amil Əlimirzəyev, 30:16, Rüstəm Bağırov, 37:16, Ayxan Məmmədov - oyundan sonra

Qırmızı vərəqə: Fuad Məmmədzadə - oyundan sonra

U-19 – “Baku Fire” (0:5) 1:11

11 noyabr. Olimpik Star. Saat 17:30

Hakimlər: Anar Fərəcov, Elgün Hüseynov, İmran Məhərrəmov

Hakim-inspektor: Mehman Mahmudov

Qollar: İlham Alıyev, 31:15 // Oktay Rüstəmli, 2:20, Kənan Manafov, 9:22, 31:42, 33:29, Nihad İsmayılov, 10:25, Tofiq Mikayılov, 12:25, 24:23, İmaməli Hüseynov, 18:49, Tofiq Əliyev, 27:26, Tofiq Əliyev, 36:52, Nurlan Məmmədov, 37:08

Sarı vərəqələr: İlham Alıyev, 16:31, Rüfət Məmmədli, 25:31 // İmaməli Hüseynov, 24:44

Qırmızı vərəqə: İmaməli Hüseynov, 37:29 (ikinci sarı)

Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU