"Neftçi" yenə "Baku Fire" ilə bacarmadı - FOTOREPORTAJ

10 Noyabr 2023 19:20 Futzal 439
"Neftçi" yenə "Baku Fire" ilə bacarmadı - FOTOREPORTAJ

Futzal üzrə Yüksək Liqada ikinci dövrəyə start verilib.

Sportinfo.az xəbər verir ki, 6-cı turun ilk oyununda medallara iddialı iki komanda üz-üzə gəlib.

Oyundan əvvəl 9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar federasiya rəhbərliyinin tərbiki çatdırılıb və dövlət himni səsləndirilib.

Matça “Neftçi” fəal başlayıb. Fərid Atakişiyev hesabı erkən açsa da, rəqibdən Oktay Rüstəmli status-kvonu bərpa edib.

Amma bərabərlik 2 dəqiqə davam edib. Növbəti dəfə Ülvi sükutu pozub. 15 saniyə sonra isə Tofiq birinci hissənin yekun hesabını müəyyənləşdirib.

Fasiləyə qədər yadda qalan məqamlardan biri “Baku Fire”in kapitanının qırmızı vərəqə alaraq komandasını azlıqda qoyması olub.

İkinci hissəyə “Neftçi” ardıcıl qollarla başlayıb. Fərqi artıran nominal qonaqlar 31-ci dəqiqədə meydanda azlıqda qalıb.

Hesab 5:2 olsa da, ruhdan düşməyən “Baku Fire” Kənan Manafovun het-triki sayəsində 38-ci dəqiqədə hesab bərabərləşirib.

Beləliklə gərgin keçən matçda 5:5 hesabı qeydə alınıb. Xatırladaq ki, bu komandalar arasında birinci dövrədə də keçirilmiş oyunda eyni hesab qeydə alınmışdı.

Liderin “Yasamal Bakı” ilə oyunu isə daha çox məşq xarakterli olub. Böyükhesablı qələbə “Araz-Naxçıvan”ın zivədəki yerini bir qədər də möhkəmləndirib.

Turun son matçında da böyükhesablı nəticə qeydə alınıb. Bu dəfə “Record” cari mövsümdə ilk qələbəsini qazanıb.

Baku Fire – Neftçi İK 5:5
Qollar: Oktay Rüstəmli, 13:47. Tofiq Mikayılov, 15:31. Kənan Manafov, 29:43; 31:55; 37:10 – Fərid Atakişiyev, 1:20; 21:33. Ülvi Əliyev, 15:16. Şoruş Heydəri, 21:09. Namiq Məmmədkərimov, 26:58.
Bakı İdman Sarayı. Saat 14:00.

Yasamal Bakı – Araz-Naxçıvan 1:9
Qollar: Fuad Məmmədzadə, 2:07 – Erik Danillo, 4:22. İsa Atayev, 11:43. Xətai Bağırov, 19:06. Emil Həsənzadə, 22:57. Məhəmməd Abbasov, 27:27. Xəzər Ağalızadə, 29:09; 29:25. Tofiq Hüseynov, 31:21. Fuad Məmmədzadə, 37:07-öz qapısına.
Bakı İdman Sarayı. Saat 16:00.

U-19 – Record 0:7
Qollar: Cavad Barzegar, 5:33. Arzu Abbasov, 13:39. Danial Şarifi, 17:03. Mojtaba Vali, 18:42; 33:10. Mehdi Amiri, 32:26. Rasim Mikayılov, 39:05.
Bakı İdman Sarayı. Saat 18:00.

Xəbər Lenti