“Məktəblərdən, küçələrdən, ordan-burdan oyunçular tapmalıyam”

4 Noyabr 2023 01:10 Futzal 744
“Məktəblərdən, küçələrdən, ordan-burdan oyunçular tapmalıyam”

“Yeni futzalçılar tapmaq çox çətin olacaq. Aşağı yaş qrupları olmadığı üçün məktəblərdən, küçələrdən, oradan-buradan oyunçular tapmağa məcburam”.

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında Azərbaycanın futzal milliləri üçün seleksiyaçı-məşqçi təyin olunan Ağatahir Əzimov deyib.

Mütəxəssis böyük futbol təcrübəsi olanları da futzala yönəltməyə çalışacağını bildirib:

“Onların da üzərində işləməli və düzəltməliyik. Yaxşıları tapsam, U-19-a və ya əsas yığmaya verəcəyəm”.

Əzimov daha əvvəl 4 il U-19 millisində çalışdığını xatırladıb:

“Ürəyimdən əməliyyat olunandan sonra federasiya rəhbəri dedi ki, sənə çox əsəbiləşmək olmaz.

Səhhətimə görə narahat olduqlarını söylədilər və məni komandadan uzaqlaşdırdılar. Bir neçə aydan sonra bu işi etibar etdilər.

Cavan uşaqlar tapmalıyam. Futzalda bir az problem yaşayırıq. Gənc oyunçularımız azdır. Yeni futzalçılar tapmağa və işləməyə çalışacağıq”.

Seleksiyaçı-məşqçi sponsor problemlərinin də olduğunu söyləyib:

“Yeni sponsorlar tapmayana qədər hər şey çətin olacaq. Maddi cəhətdən oyunçulara dəstək verilməlidir.

Fərz edək ki, 19, 20, 21 və 22 yaşlıları tapıb futzala cəlb etdim və onlarla işlədim. Həmin şəxslər də pul qazanmaq istəyəcəklər.

Hazırda minifutbolda normal sponsorlar, pul var. Bizdə öyrəndikdən sonra oraya gedəcəklər.

Yaxşı sponsora malik klublar olmasa, oyunçular qalmayacaqlar. Sponsorların az olması bir az çətinlik yaradır”.

Ağatahir Əzimov bu gündən işə başladığını diqqətə çatdırıb:

“10-15 uşaq tapmışam. Onların arasında seçim edəcəyəm. Axtarışlarımız davam edəcək”.

Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU