COP29

"Braziliya yığmasına düşmək şansım olmadı, Azərbaycanı seçdim”

4 Noyabr 2023 00:50 Futzal 679
"Braziliya yığmasına düşmək şansım olmadı, Azərbaycanı seçdim”

Futzal üzrə Azərbaycan millisinin hücumçusu Qabriel Bastos vaxtilə yığmamızı seçməsinin səbəblərindən danışıb.

Sportinfo.az xəbər verir ki, “Diario Popular”a açıqlama verən braziliyalı məsələ haqda bunları deyib:

"Bu, çox çətin seçim idi. Uzun illər Braziliyada yüksək səviyyədə oynasam da, yığmaya düşmək imkanım belə yox idi.

Bunu etmək çətindir, çünki böyük rəqabət və böyük oyunçular var. Heç şansım da yox idi.

Əlbəttə, mən ən yaxşısı deyiləm, amma yaxşı oynamışdım. Braziliyada ən azı bir yoldaşlıq görüşünə dəvət oluna bilərdim.

Hazırda futzalçıların milliləşdirilməsinin ən çox yayıldığı yerlər Rusiya, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Rumıniya və İtaliyadır.

Braziliyalılar demək olar ki, hər yerdə oynayırlar. Dil baryerinə gəlincə, vətəndaşlıq almış braziliyalı hesab edir ki, onun heç bir ciddi çətinliyi yoxdur.

O, Azərbaycanda ikinci ümumi dil olan rus dili ilə yanaşı, ingiliscə danışdığı üçün onların öhdəsindən gəlir".

Xəbər Lenti
20 Sentyabr 20:10 Çək və bizə göndər!
20 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 10:40 Bu da BİZİM TƏKLİF!
20 Sentyabr 06:10 Paşinyan bunu istisna etmir
20 Sentyabr 05:50 Bir də o... YENİ KEÇİD
20 Sentyabr 05:10 Babayev də imzanı atdı
20 Sentyabr 02:10 Millimiz Çexiyaya uduzdu