Azərbaycan klubunda çıxış edən legioner başqasına təpik vurdu

1 Noyabr 2023 03:00 Futzal 763
Azərbaycan klubunda çıxış edən legioner başqasına təpik vurdu

AFFA İntizam Komitəsi “Araz Naxçıvan” futzal klubunun oyunçusu Mateus Lukas Dos Santosu 4 oyunluq diskvalifikasiya edib.

Sportinfo.az xəbər verir ki, buna səbəb onun Yüksək Liqanın IV turunda “Record club”a qarşı oyundakı təcavüzkar davranışı olub.

Qarşılaşmanın 26-cı dəqiqəsində rəqibi bilərkdən ayaqla vurduğuna görə birbaşa qırmızı vərəqə alan braziliyalı komandasının qarşıdakı 4 oyununu buraxacaq.

Görüş “Araz Naxçıvan”ın 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!