"Komanda uğursuz çıxış etsə də, onunla vidalaşmağı düşünmürük"

31 Oktyabr 2023 09:00 Futzal 434
"Komanda uğursuz çıxış etsə də, onunla vidalaşmağı düşünmürük"

“Ardıcıl 2 məğlubiyyətə baxmayaraq, futzal millimizin dünya çempionatına yollanmaq şansı qalır“.

Sportinfo.az xəbər verir ki, bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov deyib.

Futzal Federasiyasının rəhbəri futzal millimizin baş məşqçisi Vitali Borisovun fəaliyyətindən söz açıb:

“İnanıram ki, komanda bu tapşırğın öhdəsindən gələcək. Millimizin baş məşqçisi Vitali Borisova inanırıq.

Bugünkü gündə onunla vidalaşmaq barədə düşünmürük. Düzdür, Borisovun rəhbərliyi altında “Araz-Naxçıvan” Çempionlar Liqasında uğursuz çıxış etdi.

Lakin yenə də onunla yollarımızı ayırmadıq. Hətta millimiz dünya çempionatına vəsiqə qazanmasa belə, yenə də Borisova şans verəcəyik. Təbii ki, ciddi söhbətimiz də olacaq”.

Xəbər Lenti