COP29

“Azərbaycan millisindən yaxşı oynamağa davam etdik”

12 Oktyabr 2023 23:20 Futzal 383
“Azərbaycan millisindən yaxşı oynamağa davam etdik”

“Azərbaycan millisindən yaxşı oynamağa davam etdik”.

Sportinfo.az xəbər verir ki, bunu Qazaxıstan millisinin futzalçısı Leo Azərbaycan yığmasına 3:2 hesabı ilə qalib gəldikləri DÇ-2024-ün elit mərhələ oyunundan sonra deyib.

Braziliyaəsilli oyunçu layiqli qalibiyyət əldə etdiklərini söyləyib:

“Qarşılaşmaya yaxşı başlamadıq, iki qol buraxdıq. Ancaq sonra toparlanaraq birinci hissədə hesabı bərabərləşdirdik.

Azərbaycan 5-ci meydan oyunçusunu buraxanda yaxşı müdafiə olunduq. Ümumilikdə uğurlu oynadıq və vacib qələbə qazandıq”.

Hazırda Qazaxıstan yığması 12 xalla A qrupuna başçılıq edir. Azərbaycan millisinin isə hesabında 3 xal var.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"