"Bəxtimiz gətirmədi" - Azərbaycan millisinin kapitanı

12 Oktyabr 2023 14:20 Futzal 478
"Bəxtimiz gətirmədi" - Azərbaycan millisinin kapitanı

“Astanadakı oyun da Bakıdakı matçın davamı oldu.

Bu görüşlər sanki bir-birini təkrarladı. Bakıda daha yaxşı oynadıq bu rəqibə qarşı və sübut etdik ki, istənilən milli ilə mübarizə aparacaq gücdəyik.

Sadəcə, bəxtimiz gətirmədi. İdmanda bəxt amili çox vacibdir. Hər iki görüşdə bəxt onların tərəfində oldu".

Sportinfo.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin kapitanı Emin Kürdov DÇ-2024-ün elit mərhələsində Qazaxıstana 2:3 hesabı ilə uduzduqları oyundan sonra Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında deyib.

"Zalda da onlar üçün yaxşı atmosfer yaradılmışdı. Hakimlər də öz “sözünü” dedilər.

Əsas da Bakıdakı matçı qeyd edərdim. Hesab 1:2 olanda fitlə oyunu saxladılar, ancaq rəqibin topu oğurlayıb qol vurmasına göz yumdular.

Bunun müqabilində rəqibdən fair-pley nümunəsi gözləyirdik, təəssüf ki, etmədilər" - deyə o bildirib.

E.Kürdov qarşıda 2 oyunlarının qaldığını xatırladıb:

"Bakıda Rumıniyanı, səfərdə isə Niderlandı mütləq məğlub etməliyik ki, seçmə mərhələni ikinci pillədə başa vuraq.

Düzdür, itikimiz olacaq. Edu bu dəfə cəzalı duruma düşdü,

Rumıniyaya qarşı oyunu buraxacaq. Əvəzində Felipinyo komandanın yanında olacaq.

Əlbəttə, istərdik ki, final mərhələsinə birbaşa vəsiqə qazanaq. Amma qeyd etdiyim səbəblər də buna imkan vermədi”.

Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU