Kaka Azərbaycan yığmasını “böyük komanda“ adlandırdı

12 Oktyabr 2023 13:20 Futzal 2 310
Kaka Azərbaycan yığmasını “böyük komanda“ adlandırdı

“Azərbaycanın böyük komanda olduğunu bilirdik”.

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Qazaxıstan yığmasının baş məşqçisi Kaka Azərbaycan millisinə 3:2 hesabı ilə qalib gəldikləri DÇ-2024-ün elit mərhələ oyunundan sonra deyib.

Braziliyalı mütəxəssis 0:2 hesabı ilə geridə olduqları görüşdən qalib ayrıldıqları üçün sevincli olduğunu bildirib:

“Uşaqlara deyirdim ki, hər matçın öz hekayəsi var. Əvvəlcə bunu Bakıdakı görüşün davamı kimi düşündük.

Bu dəfə mübarizə fərqli oldu. Çox çətin oyun alındı. Amma futbolçular əla çıxışla geridönüşə nail oldular”.

Hazırda Qazaxıstan yığması 12 xalla A qrupuna başçılıq edir. Azərbaycan millisinin isə hesabında 3 xal var.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"