DÇ-2024: Azərbaycan millisi növbəti dəfə uduzdu

11 Oktyabr 2023 19:40 Futzal 1 187
DÇ-2024: Azərbaycan millisi növbəti dəfə uduzdu

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, A qrupunda yer alan yığma IV turda Qazaxıstanla üz-üzə gəlib.

Beş gün əvvəl Bakıda rəqibinə uduzan (2:4) Vitali Borisovun baş məşqçi olduğu komanda bu dəfə də məğlubiyyətlə üzləşib.

Astanadakı Jekpe-Jek Sarayında reallaşan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin heyətində Amedeu və Everton Kardoso fərqlənib. Qazaxıstan seçməsi 12 xalla qrupun lideridir. Borisovun rəhbərlik etdiyi kollektiv 3 xalla üçüncü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"