Azərbaycan komandasından daha bir… VİDEO+FOTOLAR

8 Oktyabr 2023 02:00 Futzal 340
Azərbaycan komandasından daha bir… VİDEO+FOTOLAR

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, yığma III turda yer aldığı A qrupunun favoriti Qazaxıstanla qarşılaşıb.

Bakı İdman Sarayında baş tutan görüşün birinci hissəsi Vitali Borisovun yetirmələrinin üstünlüyü ilə yekunlaşıb. Millimiz Hadi Ahmadinin 12-ci dəqiqədə vurduğu qolla fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.

Qonaqlar ikinci hissənin əvvəlində bərabərlik topunu vurublar. 23-cü dəqiqədə Birjan Orozov hesabı bərabərləşdirib.

Bir qədər sonra qonaqlar önə keçiblər. 27-ci dəqiqədə Duqlas Junior adını tabloya yazdırıb. Qazaxıstanlılar 36-cı dəqiqədə fərqi iki topa çatdırıblar.

Bu dəfə Dauren Tursaqulov qapının boş olmasından məharətlə yararlanıb.

39-cu dəqiqədə Edson komandasının 4-cü qolunu vurub. Qarşılaşmada son nöqtəni 40-cı dəqiqədə yığmamızın heyətində Maneka qoyub. Beləliklə, Azərbaycan millisi doğma meydanda rəqibinə 2:4 hesabı ilə məğlub olub.

Qrupda növbəti turun oyunları oktyabrın 11-də keçiriləcək. Həmin gün bu komandalar Astanada üz-üzə gələcəklər.

Azərbaycan – Qazaxıstan (1:0) 2:4

Qollar: Hadi Ahmadi, 11:46, Maneka, 39:55 // Birjan Orozov, 22:25, Duqlas, 26:02, Dauren Tursaqulov, 35:31, Leo, 38:49

Xəbər Lenti