“Azərbaycanla oyunu başqa cür gözləmirdim“

7 Oktyabr 2023 16:20 Futzal 341
“Azərbaycanla oyunu başqa cür gözləmirdim“

“Qazaxıstan və Azərbaycan qrupun ən güclüləridir.

Hər iki komandanın qrupda ilk iki yeri tutmaq üçün yaxşı imkanları var.”

Sportinfo.az xəbər verir ki, bunu Qazaxıstan futzal millisinin baş məşqçisi Kaka Azərbaycana 4:2 hesabı ilə qalib gəldikləri DÇ-2024-ün elit mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis komandasının çıxışından razı qaldığını bildirib:

“Başqa cür gözləmirdim. Azərbaycanla oyunlarımız həmişə gərgin keçib.

Aktaudakı görüş də eynilə bu ssenaridə keçmişdi. Çox maraqlı oyun alındı.

Bizim üçün 3 xal vacib idi və buna nail olduq. Qələbəyə layiq idik”.

O, komandasının birinci hissədə hesabda geri düşməsinə baxmayaraq, sonda qələbə qazanmasını belə əsaslandırıb:

“Fasilədə futbolçulara dedim ki, eyni formada pressinq etməlisiniz, gec-tez qollar gələcək. Bunu da bacardıq”.

Baş məşqçi cavab matçından gözləntilərini də bölüşüb:

“Azərbaycan çox güclü rəqibdir. Görüşə ciddi hazırlaşacağıq.

Qazaxıstanda oynayacağımız üçün müəyyən üstünlüyümüz ola bilər. Amma yenə də görüşə ciddi yanaşacağıq”.

Xəbər Lenti