İspaniya, Belçika və Yunanıstan klublarının legionerləri Azərbaycan yığmasında

2 Oktyabr 2023 16:20 Futzal 785
İspaniya, Belçika və Yunanıstan klublarının legionerləri Azərbaycan yığmasında

DÇ-2024-ün elit mərhələsində oktyabrın 6-da Bakıda, 5 gün sonra Astanada Qazaxıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, oktyabrın 2-dən etibarən təlim-məşq toplanışına başlayacaq yığmanın baş məşqçisi Vitali Borisov 14 oyunçuya dəvət göndərib.

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau”, Qazaxıstan)

Oyunçular: Xətai Bağırov, Amadeu, Felipinyo, Xəzər Ağalızadə, Novruz Kazıxanov (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Aktobe”, Qazaxıstan), Everton Kardoso “Qallo” (“Manzanares”, İspaniya), Rafael Vilela, Eduardo Borges (hər ikisi RSCA, Belçika), Murad Quluzadə (“Baku Fire”), Maneka (“A Studio Futsal Nyiregyhaza”, Macarıstan), Qabriel Bastos (“Doukas”, Yunanıstan).

Daha əvvəl Rumıniyaya uduzan (1:3) Azərbaycan millisi Bakıda Niderlandı (6:1) məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"