“Neftçi”nin baş məşqçisi: “Məqsədimiz mövsümü mükafatçılar sırasında başa vurmaqdır”

30 Sentyabr 2023 02:30 Futzal 426
“Neftçi”nin baş məşqçisi: “Məqsədimiz mövsümü mükafatçılar sırasında başa vurmaqdır”

“Neftçi” İK-nın baş məşqçisi Hacıbala Abdullazadə yeni mövsüm, eləcə də komandadakı durumla bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları deyib:

“Demək olar, keçənilki heyətimizi qorumuşuq. Gənclərin hesabına heyətimizi bir qədər də genişləndirdik.

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisində çıxış etmiş, hazırda isə yaşla əlaqədar bu komandada oynamayan oyunçulara şans verəcəyik.

Əlbəttə, istəyimiz həm də milli komanda üçün yeni futzalçı nəsli yetişdirməkdir. Bir iranlı legionerimiz də var.

Təəssüf ki, 2 gün əvvəl məşq prosesində zədələndi. Ondan başqa, millinin üzvü Amir Şojaei də komandamızdadır.

Ötən mövsüm çempionatda biz onları qabaqlamışdıqsa, kubokun finalında “Baku Fire” güclü oldu. Məqsədimiz yeni mövsümü mükafatçılar sırasında başa vurmaqdır”.

Xəbər Lenti