Çempionlar Liqasının bombardirləri siyahısında yeri olan azərbaycanlı

29 Sentyabr 2023 00:30 Futzal 332
Çempionlar Liqasının bombardirləri siyahısında yeri olan azərbaycanlı

UEFA Çempionlar Liqasında ən çox qol vuran futzalçıların adları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, siyahıda Azərbaycan yığmasının sabiq oyunçusu və hazırda komandada baş məşqçi kimi işləyən Vitali Borisov da var.

Uzun illər “Araz-Naxçıvan”ın formasını geyinən və bu klubla bürünc medal qazanan, həmçinin, Serbiya çempionu “Ekonomaç”la analoji yarışa qatılan keçmiş futzalçı 45 qol vurub.

O, bu göstərici ilə 4-cü pillədədir. Lider isə Portuqaliya yığmasının əfsanəsi Rikardinyodur.

Cari mövsümdə Latviya çempionu “Riqa”nın forması ilə Çempionlar Liqasında iştirak edən məşhur “10 nömrə”nin aktivində 55 qol var. Andre Vanderley 54, Lusio isə 50 qol vurub. İlk “5-liy”i Kirilo qapayır – 44 qol.

Vitali Borisov hazırda “Araz-Naxçıvan”ın da baş məşqçisidir.

Xəbər Lenti