“Neftçi” - “Baku Fire” oyunu FİFA referilərinə tapşırıldı

25 Sentyabr 2023 12:20 Futzal 580
“Neftçi” - “Baku Fire” oyunu FİFA referilərinə tapşırıldı

Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünün ilk oyunu FİFA referilərinə tapşırılıb.

Sportinfo.az xəbər verir ki, sentyabrın 26-da keçiriləcək “Neftçi” İK – “Baku Fire” görüşünü beynəlxalq dərəcəli hakimlər idarə edəcəklər.

Həmin gün Bakı İdman Sarayında reallaşacaq digər qarşılaşmaların da təyinatları açıqlanıb.

26 sentyabr

14:00. Neftçi” İK – Baku Fire
Hakimlər: Hikmət Qafarlı, Knyaz Əmiraslanov, Nahid Xasıyev.
Hakim-inspektor: Füzuli Nəcəfov.

16:00. Record club – U-19
Hakimlər: Hacıəli Ağayev, Elgün Hüseynov, Məmmədəli Kərimov.
Hakim-inspektor: Ramiz Əsədov.

18:00. Araz-Naxçıvan – Yasamal Bakı
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Mehman Mahmudov.

Digər Xəbərlər
Xəbər Lenti