Millimiz Rumıniyaya uduzdu - Avropa Superfinalında

21 Sentyabr 2023 01:20 Futzal 748
Millimiz Rumıniyaya uduzdu - Avropa Superfinalında

Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Alqero şəhərində təşkil olunan Avropa Superfinalında keçirdiyi növbəti oyunda uduzub.

Sportinfo.az xəbər verir ki,Zeynal Zeynalovun baş məşqçi olduğu kollektiv ikinci görüşdə Rumıniya ilə bacarmayıb.

Qarşılaşma rəqibin 4:2 hesablı qələbəsi ilə bitib. Azərbaycanın qollarını Sabir Allahquliyev və Orxan Məmmədov vurublar.

Milli ötən gün Türkiyəni məğlub etmişdi. Sentyabrın 21-də isə rəqib İsveçrə yığması olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq