Azərbaycan Niderlandla üz-üzə – DÇ-da ikinci oyun

20 Sentyabr 2023 17:20 Futzal 406
Azərbaycan Niderlandla üz-üzə – DÇ-da ikinci oyun

Azərbaycan futzal millisi bu gün dünya çempionatının elit mərhələsində ikinci oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, yığma Niderland ilə üz-üzə gələcək.

A qrupunun ilk görüşündə səfərdə Rumıniyaya (1:3) məğlub olan Vitali Borisovun yetirmələri bu rəqibini Bakı İdman Sarayında sınağa çəkəcəklər.

Kiprli hakimlərin idarə edəcəyi qarşılaşma saat 18:30-da start götürəcək.

Niderland yığması I turda öz meydanında Qazaxıstana 0:2 hesabı ilə məğlub olub.

A qrupu, II tur
20 sentyabr
18:30. Azərbaycan – Niderland

Hakimlər: Yianqos Yianqu, Nikolas Nikolau, Larisa Eleni Avramidu (Kipr).
Hakim-inspektor: Sebastian Stauiçki (Polşa).
UEFA nümayəndəsi: Avi Levi (İsrail).
Bakı İdman Sarayı

Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU