Azərbaycanın tanınmış klubu legionerlərin xidmətindən imtina etdi

20 Sentyabr 2023 09:40 Futzal 1 442
Azərbaycanın tanınmış klubu legionerlərin xidmətindən imtina etdi

Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünün püşkü atılıb.

6 komandanın iştirak edəcəyi çempionatda oyunlar 4 dövrədən və 20 turdan ibarət olacaq.

Mövsümə sentyabrın 26-da start veriləcək. iştirakçılar 7 legioner sifariş edə biləcəklər.

Ötən mövsüm çempionatın bürünc medalını və ölkə kubokunu əldə edən «Baku Fire» ilk turda «Neftçi»İK ilə qarşılaşacaq.

Baş məşqçi Teymur Eyvazov Sportinfo.az-a açıqlamasında yeni mövsümə hazırlıqla bağlı danışıb. Uzun illərdir «Baku Fire»yə öz sədaqətini nümayiş etdirən mütəxəssis legionerlərin xidmətindən yararlanmayacaqlarını bildirib:

«Çalışmalara iyulun 18-dən start vermişik. İlk məşqlər daha çox komandamıza dəvət etmək istədiyimiz oyunçulara baxış xarakteri daşıdı.

Avqust ayında fiziki məşqlərə üstünlük verdik. Hazırda isə zalda taktika üzərində işləyirik.

Komandamın fiziki formasını qənaətbəxş saya bilərəm. Cəmi bir dəfə «Baku Fire-2» ilə yoxlama oyunu keçirmişik.

Bu üzdən, düşünürəm ki, komanda hələlik çempionata tam hazır deyil. Oyun praktikamız demək olar yoxdur.

Bu sezon birinci dövrəni legionersiz oynayacağıq. Klubumuz strategiyasını dəyişib.

Yayda bir neçə legionerlə danışıqlar aparsaq da, rəhbərliyin və məşqçilərin qərarı ilə üstünlüyü yerli futzalçılara vermək qərarına gəldik. Niyyətimiz odur ki yığma komandalarımıza oyunçular yetişdirək.

Yeni yerli oyunçularla müqavilə imzalamışıq, Bunlar sonuncu sezonu «Araz»da keçirən Fərid Ələkbərov, Cavad Məmmədov və Tofiq Mikayılovdur.

Otən mövsümü 19 yaşlılardan ibarət yığmanın formasını geyinmiş oyunçularımız da indi geri qayıdıb. Hazırkı heyətimizdən Murad Quluzadə, Oktay Rüstəmli və Tofiq Mikayılov milliyə cəlb olunub.

Oktay Rüstəmli yığmanın dünya çempionatının elit raundu üçün açıqlanan iştirak ərizəsində də yer alıb.

Bu il əvvəlki nəticələrimizi yaxşılaşdırmağa çalışacağıq. Bunun üçün daha mübariz komanda olacağımıza inanıram.

Çempionatın startına az qalıb, bu qısa vaxtı da yaxşı dəyərləndirməliyik. İlk turdakı rəqibimiz «Neftçi»dir. G

üclü komandadır. İşimiz asan olmayacaq. Oyunçularımın öhdələrinə düşən işi maksimum yerinə yetirəcəklərinə inanıram.

Çalışacağıq ki, klub rəhbərliyinin, sponsorlarının etimadını doğruldaq».

Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU