Macarıstan klubunun braziliyalı legioneri Azərbaycan millisinə cəlb olundu - FOTO

18 Sentyabr 2023 10:40 Futzal 1 095
Macarıstan klubunun braziliyalı legioneri Azərbaycan millisinə cəlb olundu - FOTO

DÇ-2024-ün elit mərhələsində Bakıda Niderland yığması ilə üz-üzə gələcək futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Sportinfo.az xəbər verir ki, İsa Atayev heyətdən kənarlaşdırılıb.

Onun əvəzinə Macarıstanın “Studio Futsal Nyiregyhaza” klubunda çıxış edən Maneka düşərgəyə cəlb olunub.

Sentyabrın 20-də Bakı İdman Sarayında reallaşacaq Azərbaycan - Niderland görüşü saat 18:30-da başlayacaq.

Komanda daha əvvəl səfərdə Rumıniyaya 1:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq