Azərbaycan – Niderland oyununun başlama saatı dəyişdirildi

12 Sentyabr 2023 23:20 Futzal 794
Azərbaycan – Niderland oyununun başlama saatı dəyişdirildi

DÇ-2024-ün elit mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Niderland oyununun başlama saatı dəyişdirilib.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, sentyabrın 20-də baş tutacaq görüşün start fiti canlı yayımla əlaqədar daha erkən vaxtda səsləndiriləcək.

Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi saat 20:00-da deyil, 18:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq