Azərbaycanda iki liqanın "Yay transfer pəncərəsi"nin vaxtı uzadıldı

12 Sentyabr 2023 03:00 Futzal 337
Azərbaycanda iki liqanın "Yay transfer pəncərəsi"nin vaxtı uzadıldı

Futzal üzrə keçiriləcək Yüksək və Birinci liqalarda “Yay transfer pəncərəsi”nin vaxtı uzadılıb.

Sportinfo.az xəbər verir ki, iştirakçı komandalar transfer etdikləri oyunçuları əvvəlcədən nəzərdə tutulduğu kimi, sentyabrın 19-na qədər deyil, ayın 30-u saat 23:59-dək qeydiyyatdan keçirə bilərlər.

Yüksək Liqanın startı sentyabrın 26-na, Birinci Liqanın başlama tarixi isə oktyabrın 1-nə nəzərdə tutulub.

Xəbər Lenti