“Baku Fire”nin oyunçusu Azərbaycan yığmasına dəvət aldı

11 Sentyabr 2023 13:40 Futzal 336
“Baku Fire”nin oyunçusu Azərbaycan yığmasına dəvət aldı

Futzal üzrə DÇ-2024-ün elit-raundunda səfərdə Rumıniya və evdə Niderland yığması ilə qarşılaşacaq Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb.

Sportinfo.az xəbər verir ki, bu gün və sabah Bakıda hazırlıq keçəcək oyunçular sentyabrın 13-də Bakı-İstanbul-Buxarest reysi ilə səfərə yollanacaq.

İki gün matçın keçiriləcəyi Buzau şəhərindəki "Romeo Lamadi Arena"da məşq edəcək komanda qarşılaşmanın ertəsi gün Bakıya dönəcək.

Sentyabrın 17-dən 20-dək hazırlığını Bakı İdman Sarayında reallaşdıracaq millinin baş məşqçisi Vitali Borisov təlim-məşq toplanışına bu futzalçıları dəvət edib:

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau”, Qazaxıstan).

Oyunçular: Xətai Bağırov, Amadeu, İsa Atayev, Felipinyo, Xəzər Ağalızadə, Novruz Kazıxanov (hamısı “Araz-Naxçıvan”), Hadi Əhmədi (“Aktobe” Qazaxıstan), Əmir Şocayi (“Neftçi” İK), Everton Kardoso “Qallo” (“Manzanares”, İspaniya), Rafael Vilela, Eduardo Borges (hər ikisi RSCA, Belçika), Oktay Rüstəmli (“Baku Fire”).

Sentyabrın 15-də Rumıniyanın qonağı olacaq Azərbaycan yığması beş gün sonra Niderlandı qəbul edəcək.

Xəbər Lenti