Azərbaycanlı üçüncü olacaq – Ukraynanın oyununda

6 Sentyabr 2023 00:10 Futzal 677
Azərbaycanlı üçüncü olacaq – Ukraynanın oyununda

19 yaşadək futzalçılar arasında təşkil olunan Avropa çempionatının final mərhələsinin oyunlarına təyinat alan Hikmət Qafarlı Fransa – Portuqaliya matçında birinci hakim olmuşdu.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı referinin idarə etdiyi görüş portuqalların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

FİFA referisi sabahkı Ukrayna – Finlandiya görüşündə isə 3-cü hakim funksiyasını yerinə yetirəcək.

Julien Lanq (Fransa) birinci, Ruben Antonio Kardoso Santos isə ikinci hakim olacaq. Hakim-inspektor kimi ispan Pedro Angel Qalan Nieto təyinat alıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq