COP29

Azərbaycanda bu klublara da pul ayrılması gündəmə gəldi

5 Aprel 23:40 Futzal 1 386
Azərbaycanda bu klublara da pul ayrılması gündəmə gəldi

Azərbaycanda fəaliyyət göstərən futzal klubları maliyyə cəhətdən dəstəklənəcək.

Sportinfo.az bu barədə AFFA-dan məlumat alıb.

Qurumdan redaksiyamıza bildirilib ki, ölkə çempionatının Yüksək Liqa və Birinci Liqasında mübarizə aparan komandaların yardım paketinə cəlb edilməsi gündəmdədir.

Yeni İcraiyyə Komitəsinin qarşıdakı toplantısında bu məsələyə baxılması nəzərdə tutulub.

Onlara ayrılması gözlənilən məbləğə gəlincə, AFFA hələlik bir rəqəm üzərində dayanmayıb, müxtəlif variantlar mövcuddur.

O da bildirilib ki, Azərbaycan Futzal Federasiyası hələ ötən ilin yayında bu təşəbbüslə çıxış edib və AFFA-ya öz təkliflərini verib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"