Naxçıvan klubu Çempionlar Liqasında darmadağın edildi, əsas mərhələdən kənarda qaldı

26 Avqust 2023 22:20 Futzal 960
Naxçıvan klubu Çempionlar Liqasında darmadağın edildi, əsas mərhələdən kənarda qaldı

“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazana bilməyib.

Sportinfo.az xəbər verir ki, Vitali Borisovun yetirmələri ilkin raundda yer aldıqları qrupdan çıxa bilməyiblər.

A qrupunda qərarlaşan Azərbaycan çempionu son turda Latviya təmsilçisi “Riqa” ilə qarşılaşıb. Hər iki klub ilk iki turu itkisiz başa vurduğundan, qalib komanda birinci yeri tutacaqdı.

Latviyada reallaşan qarşılaşmada meydan sahibləri 8:3 hesabı ilə qələbə qazanaraq, maksimum nəticəyə imza atıblar və əsas mərhələyə yüksəliblər.

Qrupu 6 xalla ikinci sırada tamamlayan “Araz-Naxçıvan” isə növbəti mərhələyə adlaya bilməyib.

26 avqust
18:00. “Riqa” (Latviya) - “Araz-Naxçıvan” (Azərbaycan) – 8:3

Qollar: Dmitri Kuzmin, 2:30. Talles, 10:24. Serjinyo, 18:26, 27:12. Artur Strajdin, 24:38. Rikardinyo, 30:05, 39:57. İqor Labuts, 32:54 – Amadeu, 14:17, 15:05. Lukas, 33:51.
Hakimlər: Arttu Kinaerenen (Finlandiya), Martina Pitsolo (İtaliya), Georgios Kozakos (Kipr).
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna).
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino).
Salaspils İdman Arenası

1

Riqa

3

3

0

0

33-5

9

2

Araz-Naxçıvan

3

2

0

1

17-9

6

3

Yan Reqensburq

3

1

0

2

4-9

3

4

İstanbul Şişli

3

0

0

3

3-34

0

Xəbər Lenti