“Araz” Almaniya klubunu Çempionlar Liqasında darmadağın etdi

24 Avqust 2023 17:40 Futzal 865
“Araz” Almaniya klubunu Çempionlar Liqasında darmadağın etdi

“Araz-Naxçıvan” futzal üzrə Çempionlar Liqasındakı növbəti oyununda da böyük hesabla qalib gəlib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu ilkin seçmə mərhələnin A qrupu çərçivəsində Latviyada keçirdiyi ikinci görüşündə Almaniya təmsilçisi “Yan Reqensburq”u 5:0 hesabı ilə üstələyib.

Bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran “Araz-Naxçıvan” əsas mərhələyə vəsiqə qazanmağa çox yaxındır. Vitali Borisovun yetirmələri qrupda son oyunu avqustun 26-da yerli “Riqa”ya qarşı keçirəcəklər.

24 avqust
15:00. “Yan Reqensburq” (Almaniya) - “Araz-Naxçıvan” (Azərbaycan) – 0:5

Qollar: Katatau, 6:37, Erik, 8:07, Xəzər Ağalızadə, 12:59, İsa Atayev, 25:34, Xətai Bağırov, 26:13
Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Martina Pitsola (İtaliya), Arttu Kinaerenen (Finlandiya)
Timekeeper: Kiazo Leladze (Latviya)
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)
Salaspils. Salaspils İdman Arenası.

Xəbər Lenti