"9 qol vursaq da, çətinlik çəkdik, zəif deyillər" - Azərbaycanlı oyunçu

24 Avqust 2023 11:20 Futzal 1 034
"9 qol vursaq da, çətinlik çəkdik, zəif deyillər" - Azərbaycanlı oyunçu

“Almaniya çempionu düşünüldüyü qədər də zəif rəqib deyil”.

Sportinfo.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın futzalçısı İsa Atayev UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin II turunda qarşılaşacaqları Almaniya “Yan Reqensburq”u barədə danışarkən deyib.

34 yaş oyunçu rəqibin müdafiə xəttinin güclü olduğunu bildirib:

“Yan Reqensburq”un ilk turdakı rəqibi liderliyə iddialı “Riqa” idi. Hesabı açdılar və matçın başa çatmasına 6 dəqiqə qalana qədər üstünlüklərini qorudular.

Sonda gücləri çatmadı. Əsasən müdafiəyə diqqət yetirir, əks-hücumlar zamanı qol vurmağa çalışırlar.

Əlbəttə, diqqətli olmalı, hər fürsəti dəyərləndirməliyik. Qələbə qazanmaq və hədəfə doğru irəliləmək istəyirik”.

İsa Atayev ilk turda Türkiyə çempionu “İstanbul Şişli” üzərində 9:1 hesablı qələbə qazanmalarına baxmayaraq, çətinliklə üzləşdiklərini söyləyib:

“İstənilən turnirdə qrupun ilk oyunu çətin keçir. Böyükhesablı qələbə qazansaq da, bunu hiss etdik”.

Dünənki qarşılaşmada dubla imza atan futzalçı, xüsusən də, vurduğu ikinci qolun gözəl alındığını vurğulayıb:

“Epizod zamanı çox rahat idim. Soyuqqanlı şəkildə topu qapıçının başı üzərindən atdım. Baxımlı qol alındı”.

Bu gün keçiriləcək “Araz-Naxçıvan” - “Yan Reqensburq” oyunu Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Xəbər Lenti