Azərbaycan klubu Çempionlar Liqasına 9:1-lə başladı

23 Avqust 2023 17:20 Futzal 659
Azərbaycan klubu Çempionlar Liqasına 9:1-lə başladı

“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasındakı ilk oyununda darmadağınla qalib gəlib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu ilkin seçmə mərhələnin A qrupu çərçivəsində Latviyada keçirdiyi birinci görüşündə Türkiyə təmsilçisi “İstanbul Şişli”ni 9:1 hesabı ilə üstələyib.

Amadeunun het-trik etdiyi matçda İsa Atayev dubla imza atıb.

“Araz-Naxçıvan” qrupda ikinci oyununu avqustun 24-də “Yan Reqensburq”a (Almaniya) qarşı keçirəcək.

A qrupu, I tur
23 avqust
15:00. “Araz-Naxçıvan” (Azərbaycan) – “İstanbul Şişli” (Türkiyə) 9:1

Qollar: Katatau, 3:25, Xətai Bağırov, 5:53, Lazar Milosavlyeviç, 15:49, Amadeu, 21:35, 22:49, 30:05, İsa Atayev, 27:29, 33:05, Erik Dannilo, 35:52 - Sadettin Çamcı, 39:10
Hakimlər: Arttu Kinaerenen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro), Georgios Kozakos (Kipr).
Salaspils. Salaspils İdman Arenası.

Xəbər Lenti