COP29

“Mənim ambisiyalarım həmişə yüksəkdir, Azərbaycan millisində iş çoxdur”

7 İyul 2023 02:10 Futzal 696
“Mənim ambisiyalarım həmişə yüksəkdir, Azərbaycan millisində iş çoxdur”

Futzal üzrə Azərbaycan millisinin və "Araz-Naxçıvan"ın məşqçisi Predraq Rayiç təyinatı ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, ölkəsinin "Oslobođenje" portalına danışan serb əvvəllər Azərbaycanda çalışdığını da xatırladıb və hədəflərindən söhbət açıb:

"Əvvəl Azərbaycanda işləmişəm. Məndə və yerli funksionerlərdə də ancaq müsbət emosiyalar qalmışdı.

Oradan gedəndə mənə dedilər ki, bir gün Azərbaycan futzalına qayıdacam. Bu cür də, oldu.

Məni Azərbaycana yeni baş məşqçi Vitali Borisovun köməkçisi kimi çağırdılar.

Etimada görə Vitaliyə, mənimlə işləməyi seçdiyi üçün Azərbaycan Futzal Federasiyasına təşəkkür edirəm.

Axı dünya futzalında özünü çox yaxşı sübut etmiş “Araz-Naxçıvan” və Azərbaycan millisində çalışmaq əhəmiyyətsiz məsələ deyil.

Özümlə birlikdə dünya futzalında adı-sanlı, günün 24 saatı bu idman növü ilə yaşayan Zoran Rakiçeviçi götürürəm.

O, həm ideal insan, həm də ideal məşqçidir. Mənim ambisiyalarım həmişə yüksəkdir.

İş çoxdur. Azərbaycan millisində gənc futbolçuları seçməli olacağıq.

Bilirsiz ki, mən bu işdə yeni deyiləm. Serbiya və Bosniya və Herseqovina millilərində gənc futzalçılarla işləyən mən olmuşam".

Digər Xəbərlər
Xəbər Lenti