"Azərbaycan klubuna təzyiqlərin olması yaxşıdır"

23 Avqust 2023 04:00 Futzal 493
"Azərbaycan klubuna təzyiqlərin olması yaxşıdır"

Almaniyanın "Yan Reqensburq" futzal klubunun baş məşqçisi Lukas Kruel Çempionlar Liqasının ilkin seçmə mərhələsinin qarşıdakı oyunları ilə bağlı gözləntilərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, "Mittelbayerische Zeitung"a açıqlama verən almaniyalı "Araz-Naxçıvan" haqda da fikirlərini söyləyib:

"Riqa" və "Araz-Naxçıvan"a təzyiqlərin olması yaxşıdır. Biz bunu yaxşı fürsət kimi görürük.

Azərbaycan klubunda beş, “Riqa”da iki, bizdə isə altı braziliyalı var. Amma futzalçıların haradan gəlməsi deyil, keyfiyyəti önəmlidir.

Nə qədər keyfiyyətli oyunçu olsa, hamı üçün bir o qədər yaxşıdır. Qarşılaşmalarda gənc oyunçularımız da iştirak edəcək.

Onlar görəcək ki, bu səviyyə tamamilə fərqlidir".

Avqustun 23-26-da “Araz-Naxçıvan” Çempionlar Liqasının təsnifat mərhələsində “Riqa”, “Yan Reqensburq” və “İstanbul Şişli” komandaları ilə qarşılaşacaq.

Xəbər Lenti