Millinin ilk oyununa təyinatlar - DÇ-2024-ün elit raundunda

19 Avqust 2023 13:00 Futzal 401
Millinin ilk oyununa təyinatlar - DÇ-2024-ün elit raundunda

Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün elit raundunda səfərdə Rumıniyaya qarşı keçirəcəyi oyunun təyinatları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşdə Admir Zahoviç, Aleş Mocnik Periç və Dejan Veselic iş başında olacaq. İtaliyalı Angelo Qalante hakim-inspektor, serbiyalı Zoran Dimiç UEFA nümayəndəsi kimi təyinat alıb.

Sentyabrın 15-də Romeo Lamandidə oynanılacaq matç Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Xəbər Lenti