Belarus kanalında Azərbaycan klubundan danışıldı - VİDEO

13 Avqust 2023 23:40 Futzal 411
Belarus kanalında Azərbaycan klubundan danışıldı - VİDEO

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan II MDB oyunlarında çıxışını başa vurub.

İlqar Aslanovun çalışdırdığı yığma Belarus, Özbəkistan, Qırğızıstan və Rusiyadan olan həmyaşıdları ilə üz-üzə gəlib.

Çox təəssüf ki, təmsilçilərimiz keçirdiyi bütün oyunları məğlubiyyətlə bitirib.

Komandamız bu matçlarda cəmi 5 qol vurub ki, onun da dördünə “Baku Fire”nin yetirmələri imza atıb. II MDB oyunlarını yayımlayan Belarusun dövlət televiziyası bu məqama xüsusi diqqət çəkib

Kanalın hazırladığı reportajda bu klub haqda məlumat verilib, onun Azərbaycan Yüksək Liqasında mövsümü bürünc medalçı kimi başa vurduğu qeyd edilib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Xəbər Lenti