“Etiraf edim ki...” - Azərbaycan millisini çalışdıran

12 Avqust 2023 08:40 Futzal 635
“Etiraf edim ki...” - Azərbaycan millisini çalışdıran

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Belarusun paytaxtı Minskdə təşkil olunan 2-ci Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında son matçını keçirib.

Sportinfo.az xəbər verir ki, komandamız Rusiya futzalçıları ilə qarşılaşıb və 1:7 hesabıyla uduzub.

Oyunla bağlı baş məşqçi İlqar Aslanov federasiyanın rəsmi saytına bunları deyib:

“Oyuna yaxşı balşadıq, hesabı açan tərəf olduq. Ancaq üstünlüyümüzü qoruya bilmədik, təcrübəsizlik tədricən özünü büruzə verdi.

Nəzərə alaq ki, bu komandaya U-17-nin bir neçə oyunçusunu da dəvət etmişik. Onlar ilk dəfə idi belə turnirdə iştirak edir, bu cür rəqiblərə qarşı oynayırdılar.

Əvvəlki matçlarda da bu cür vəziyyətlə qarşılaşmışdıq. Etiraf edim ki, rəqiblərimiz də çox güclüdürlər.

Amma təcrübəsizlikdən yaranan səhvlərimiz də az olmadı”.

Xəbər Lenti