“Belə bir söhbət gəzir ki, növbəti mövsümdən etibarən...”

9 Avqust 2023 16:40 Futzal 828
“Belə bir söhbət gəzir ki, növbəti mövsümdən etibarən...”

“Futzala olan marağı artırmaq üçün ölkə çempionatlarında komandaların sayının artırılması vacibdir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Baku Fire”ın baş məşqçisi Teymur Eyvazov deyib.

Paytaxt təmsilçisi ötən mövsümün ən uğurlu iştirakçılarından biridir. “Baku Fire” Yüksək Liqada bürümc medal qazanmaqla yanaşı, ölkə kubokunu qazanıb.

Onun bildirdiyinə görə, komanda sayı azalırsa, futzala maraq göstərən gənclərin sayı da minimuma enəcək:

“Belə bir söhbət gəzir ki, növbəti mövsümdən etibarən, İkinci Liqa ləğv olunacaq. Yəni futzal üzrə yarış yalnız Yüksək Liqa və Birinci Liqada keçiriləcək.

Hansısa bir liqanın ləğv olunması o deməkdir ki, komanda sayı azalır. Bu isə öz növbəsində gələcəkdə milli üçün çox az sayda oyunçu seçimi ilə üzləşəcəyimizə gətirib çıxaracaq.

Çox istərdik ki, Azərbaycan Futzal Federasiyasının rəhbərliyi tərəfindən bu məqam nəzərə alınsın, liqa sayı azaldılmasın. Əksinə, sayın artırılması yönündə addımlar atılsın”.

Xəbər Lenti