“Çempionatda iştirak edəcək klubların sayını artırmaq istəmirik”

5 Avqust 2023 16:00 Futzal 1 045
“Çempionatda iştirak edəcək klubların sayını artırmaq istəmirik”

Futzal üzrə Yüksək Liqanın iştirakçılarının sayı artırılmayacaq.

Bu haqda Sportinfo.az-a Azərbaycan Futzal Federasiyasının (AFF) mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov məlumat verib.

O, növbəti mövsüm çempionatda mübarizə aparacaq klublarının sayı 6-nı ötməyəcək:

“Yüksək Liqada keçənilki sayı saxlamaq istəyirik. Onların da adına hələlik tam aydınlıq gəlməyib.

Hazırda müraciətlərə baxılır. Federasiya nolaraq tanışdığımız komandalara üstünlük vermək istəyirik.

Yəni, çempionatın əvvəlində və ya ortasında çıxışını dayandıran olmasın. Onlar barədə yekun qərarı federasiyamızın İcraiyyə Komitəsi verəcək. İclas yaxın tarixdə keçirilməlidir”.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq