Azərbaycan çempionu 5-ci legioneri gətirdi – Özbəkistandan

5 Avqust 2023 07:40 Futzal 426
Azərbaycan çempionu 5-ci legioneri gətirdi – Özbəkistandan

Yeni mövsümdə ilk sınağını Çempionlar Liqasında verəcək “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, ölkə çempionu Özbəkistan millisinin daha bir üzvü ilə anlaşıb.

Söhbət 34 yaşlı Dilşod Rahmatovdan gedir. Son klubu “Jizzax-kenteks”olan müdafiəçi icarə əsasında Çempionlar Liqasının oyunlarında təmsilçimizə kömək edəcək.

“Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, serb Ninoslav Aleksiç, özbək Husniddin Nişonov və xorvat qapıçı Luka Pavloviçlə anlaşıb.

Xəbər Lenti