Millimizin Belarusa gedəcək heyətində ONLAR VAR

4 Avqust 2023 03:00 Futzal 495
Millimizin Belarusa gedəcək heyətində ONLAR VAR

Belarusun paytaxtı Minskdə təşkil olunacaq 2-ci Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edəcək futzal üzrə 19 yaşadək Azərbaycan millisinin heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi İlqar Aslanovun rəhbərliyi altında komandamız səfərə bu futzalçılarla yollanıb:

Qapıçılar: Əli Quliyev, Sadiq Əlizadə;

Oyunçular: Sunay Həsənov, Qüdrət Qasımzadə, Fərid Abbasov, Rüfət Məmmədli, İlham Əliyev, Şahbaz Həmdəmli, Kərim Babayev, Orxan Babayev, Nüsrət Fərzəli, Ayxan Məmmədli, Bəyoğlan Vəlizadə, Elşən Mahmudov.

Komandamız turnir çərçivəsində avqustun 7-də Belarus, ertəsi gün Qırğızıstan, ayın 9-da isə Özbəkistanla qarşılaşacaq.

Son matç avqustun 11-də keçiriləcək və rəqib Rusiya futzalçıları olacaq.

Xəbər Lenti