Çempionlar Liqasının oyunlarına təyinat aldı - Azərbaycanlı FİFA referisi

3 Avqust 2023 15:40 Futzal 996
Çempionlar Liqasının oyunlarına təyinat aldı - Azərbaycanlı FİFA referisi

Futzal üzrə FİFA referisi Knyaz Əmiraslanov beynəlxalq turnirə təyinat alıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, Əmiraslanov futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsinin H qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Albaniyanın “Tirana Futsal”, Bosniya və Herseqovinanın KMF “Radnik Bijeljina”, Uelsin “Cefn Druids” və Şimali İrlandiyanın “Sparta Belfast” komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 23-dən 26-dək Albaniyada təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq