Millimizin MDB Oyunları üçün heyətində bu adlar var

1 Avqust 2023 03:00 Futzal 365
Millimizin MDB Oyunları üçün heyətində bu adlar var

Belarusun paytaxtı Minsk şəhərində təşkil olunacaq II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, A qrupunda Belarus, İran və Birləşmiş Ərəb Əmirlikləri komandaları ilə qarşılaşacaq millimizə 11 oyunçu dəvət edilib.

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov

Oyunçular: Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov

Azərbaycan millisinin oyunlarının təqvimi

5 avqust
20:00. Azərbaycan - İran

6 avqust
18:00. Belarus - Azərbaycan

7 avqust
16:30. Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri

Xəbər Lenti