COP29

AFFA bu klublara 1 milyonu da çox gördü

26 İyul 2023 23:40 Futzal 1 333
AFFA bu klublara 1 milyonu da çox gördü

Azərbaycan Futzal Federasiyası (AFF) növbəti mövsüm Yüksək Liqada çıxış etmək istəyən klublara “qara xəbər” verib.

Məlum olub ki, onlar dotasiya almayacaq. AFF bununla bağlı AFFA-ya təkliflər paketi göndərsə də, qurum məsələni müzakirəyə çıxarmağa gərək duymayıb.

Baxmayaraq ki, AFF-nın prezidenti Zaur Axundovun təklifinə əsasən, AFFA Yüksək Liqada çıxış edəcək klublara 1 milyon manat ödəyə bilərdi.

AFF göstərilən vəsaitin xərclənmə istiqamətlərini müəyyənləşdirməyi də AFFA-nın öz öhdəsinə buraxmışdı.

Bu təşəbbüs AFF-nın prezidenti Zaur Axundova məxsusdur. AFFA İcraiyyə Komitəsinin üzvü son toplantıda məsələ qaldırıb və futzal klublarının üzləşdiyi problemləri diqqətə çatdırıb.

O bildirib ki, maliyyə dəstəyi olmasa, ölkə çempionatının təşklində ciddi problemlər yaranacaq. Ancaq görünür, AFFA başbilənləri bu sahəyə diqqət ayırmağa yenə hazırlaşmır.

Yüksək Liqanın son mövsümündə 7 komanda yer alıb. Onlardan «Xilə» çıxışını yarımçıq başa vurubsa, «Alyans» və «Rekord» bir neçə dəfə meydançada «görünməyib».

«Araz Naxçıvan» 19-cu dəfə çempionluq əldə edib. «Neftçi»İK gümüş, «Bakı Fire» bürünc medallara yiyələnib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti