Azərbaycan çempionu ÇL-də yeni rəqiblərini tanıdı

5 İyul 2023 19:20 Futzal 1 142
Azərbaycan çempionu ÇL-də yeni rəqiblərini tanıdı

İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA Çempionlar Liqasının 2023/2024 mövsümünün püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan təmsilçisi "Araz-Naxçıvan"ın da rəqibləri müəyyənləşib.

Mübarizəyə ilkin mərhələdən başlayacaq son ölkə çempionu Latviyanın "Riqa", Almaniyanın "Yan Regensburq" və Türkiyənin "İstanbul Şişli" komandaları ilə birlikdə A qrupunda yer alacaq.

Bu mərhələnin oyunları avqustun 22-dən 27-dək Latviyada keçiriləcək. Əsas mərhələyə qrup qalibləri və ən yaxşı göstəriciyə malik ikinci pilləni tutan 1 komanda vəsiqə qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq