Yığmamızın hücumçusu Avropanın məşhur klubunda - FOTO

4 İyul 2023 12:40 Futzal 1 013
Yığmamızın hücumçusu Avropanın məşhur klubunda - FOTO

Futzal üzrə Azərbaycan millisinin üzvü Rafael Vilela karyerasını “Anderlext”də davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, Belçika çempionu 30 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalayıb.

Vilela son mövsümü Rusiyada - “Tümen”də keçirib.

millimizin-uzvu-anderlextde

“Anderlext”də Azərbaycan millisinin daha bir üzvü – Eduardo Borges də çıxış edir. Komanda mayda UEFA Çempionlar Liqasının “Dördlər finalı”nda iştirak edib.

Növbəti dəfə Belçika çempionu olan “Anderlext” 2023-24-cü il mövsümündə də Çempionlar Liqasında Belçikanı təmsil edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA