COP29

Azərbaycan çempionu bu komandalarla qarşılaşmayacaq - ÇL-də

30 İyun 2023 01:20 Futzal 344
Azərbaycan çempionu bu komandalarla qarşılaşmayacaq - ÇL-də

UEFA Çempionlar Liqasının 2023/24-cü il mövsümündə ölkəmizi təmsil edəcək və mübarizəyə ilkin mərhələdən start verəcək “Araz-Naxçıvan”ın rəqibləri iyulun 5-də məlum olacaq.

Sportinfo.az xəbər verir ki, futzal üzrə Azərbaycan çempionu 5-ci səbətdə yer alacaq.

Təmsilçimiz "Futsal Minerva" (İsveçrə), "Örebro" (İsveç), "Eyndhoven" (Niderland), "Radnik Biyelyina" (Bosniya və Herseqovina), "Lubaua" (Polşa), "Luçeneç" (Slovakiya) və "Dukas" (Yunanıstan) klubları ilə qarşılaşmayacaq.

Çünki bu komandalar öz qruplarının birinci komandası olacaq. "Araz-Naxçıvan" da eyni mövqedə yer alacağından, onların yolu növbəti mərhələdə kəsişə bilər.

Təmsilçimizin yer alacağı qrupun oyunları Latviya, Monteneqro, Albaniya, Bolqarıstan və ya Kiprdə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti