COP29

Millimizin iştirak edəcəyi dünya çempionatı Özbəkistana verildi

25 İyun 2023 02:50 Futzal 550
Millimizin iştirak edəcəyi dünya çempionatı Özbəkistana verildi

Futzal üzrə dünya çempionatının final mərhələsinin keçiriləcəyi ölkə müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, gələn il sayca 10-cü dəfə təşkil olunacaq bu mərhələyə Özbəkistan ev sahibliyi edəcək.

Bununla bağlı FİFA qərar qəbul edib. 24 komandanın iştirak edəcəyi final mərhələsinin matçları 2024-cü il sentyabrın 14-dən oktyabrın 6-dək keçiriləcək.

Avropanın 7 ölkəsi mundialda iştirak edəcək. Sentyabr, oktyabr və dekabr aylarında qitə üzrə elit-raund mərhələsinin matçları keçiriləcək.

Millimiz A qrupunda Qazaxıstan, Rumıniya və Niderlandla mübarizə aparacaq. Qrup lideri birbaşa final mərhələsinə yollanacaq.

İkinci pilləni tutmuş komandalardan ən yaxşı göstəriciyə malik 4 komanda isə pley-off-da qarşılaşacaq. Qalib gələn 2 milli final mərhələsində oynamaq hüququ qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti