COP29

“Bir məsələ var, komandaya yeni baş məşqçi gətiriləcək”

14 İyun 2023 01:50 Futzal 457
“Bir məsələ var,  komandaya yeni baş məşqçi gətiriləcək”

Futzal üzrə DÇ-2024-ün elit raundunun püşkatma mərasimindən sonra millimizin də rəqibləri müəyyənləşdi. Jose Alesionun baş məşqçisi olduğu komanda A qrupunda Rumıniya, Qazaxıstan və Niderlandla mübarizə aparacaq.

Millimizin üzvü İsa Atayev püşkatmanın nəticələrini dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, qaynarinfo-ya açıqlamasında favorit hesab etdikləri rəqibin də hansı olduğunu deyib:

"Şanslar yaxşıdır. Pis deyil, qrupdan çıxmaq olar. İnşallah bunu həyata keçirəcəyik. Niderlanda qarşı oynamışam.

Qazaxıstan və Rumıniya ilə milli deyil, klub səviyyəsində oynamışıq. Şanslar deyəndə, futboldur, hər şey ola bilər.

Məncə, qrupda favorit Qazaxıstandır. Yaxşı oynayıb onlardan da xal almağa çalışarıq ki, qrupda birinci yeri biz tutaq.

Son vaxtlar ancaq Qazaxıstanın oyunlarını izləmişəm. Reytinqdə də yerləri yaxşıdır. Məşqçiləri güclü komanda yığıb.

Bir məsələ də var ki, komandaya yeni baş məşqçi gətiriləcək. Onun taktikasının necə olacağını bilmirəm.

Kakanın vaxtında çox güclü idilər. Niderlandla Rumıniyanı da zəif saymaq olmaz. Asan olmayacaq, inşallah biz keçərik”.

Bir neçə gün əvvəl "Araz-Naçıvan”ın baş məşqçisi vəzifəsinə millimizin sabiq üzvü Vitali Borisov gətirildi. Son ölkə çempionun da üzvü olan Atayev bu dəyişikliyə münasibətini bildirdi:

"Gedənə "sağ olsun”, gələnə "uğurlar” deyərlər. Rəhbərlik necə məsləhət görübsə, elə də ediblər.

Necə olacağını zaman göstərəcək. İndidən heç nə demək olmaz. "Yaxşı oyunçudan yaxşı məşqçi olar” söhbətinə inanmıram.

Zamanla görmək lazımdır. Məşqçi kimi, Vitalinin əlinin altında oynamamışam, amma komanda yoldaşı olmuşam.

Deyə bilərəm ki, çox ağıllı futzalçı olub, bu danılmazdır. Məşqçi kimi görməmişəm. İnşallah məşqçi kimi də yaxşı nəticələr əldə edər”.

Digər Xəbərlər
Xəbər Lenti