COP29

İspaniyalı baş məşqçi Azərbaycanın qrupu haqda: “Favorit deyilik”

9 İyun 2023 13:20 Futzal 458
İspaniyalı baş məşqçi Azərbaycanın qrupu haqda: “Favorit deyilik”

"Hamıya aydındır ki, biz qrupda favorit deyilik".

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Niderland millisinin baş məşqçisi Migel Andres Moreno final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının elit-raundunun püşkü barədə danışarkən deyib.

İspaniyalı mütəxəssis Azərbaycan seçməsinin də yer aldığı qrupda güclü kollektivlərin olduğunu bildirib:

"Bunu əvvəl də bilirdik. Çünki yarışın bu mərhələsində yalnız yüksək səviyyəli yığmalara rast gələ bilərsən.

Belə turnirlərdən çox şey öyrənməli və komanda olaraq daha da inkişaf etməliyik".

Azərbaycan komandası A qrupunda Niderlandla yanaşı Qazaxıstan və Rumıniya seçmələri ilə də üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti