Azərbaycan millisinin elit-raunddakı rəqibləri - DÇ-2024-də

9 İyun 2023 00:40 Futzal 455
Azərbaycan millisinin elit-raunddakı rəqibləri - DÇ-2024-də

Final mərhələsi 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raundunun püşkü atılıb.

A qrupunda yer alan Azərbaycan millisi Qazaxıstan, Rumıniya və Niderlan komandaları ilə qarşılaşacaq.

Bu mərhələnin oyunları dekabrın 20-dək yekunlaşacaq. Yığma elit-raunda səfər oyunu ilə başlayacaq və yekun nöqtəni də rəqib zalında qoyacaq.

azerbaycan-yigmasinin-reqibleri-belli-oldu

A qrupu: Qazaxıstan, Rumıniya, Azərbaycan, Niderland

B qrupu: Ukrayna, Polşa, Serbiya, Belçika

C qrupu: Xorvatiya, Slovakiya, Fransa, Almaniya

D qrupu: İspaniya, İtaliya, Sloveniya, Çexiya

E qrupu Portuqaliya, Gürcüstan, Ermənistan, Finlandiya

Elit-raundda oyunlar 3 ay ərzində baş tutacaq. Tarixlər bu şəkildə müəyyənləşdirilib:

11-20 sentyabr

2-11 oktyabr

11-20 dekabr

Avropa zonasına 7 yer ayrıldığına görə, qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaq.

Ən yaxşı göstəriciyə malik 4 “ikinci” pley-off oyunlarında iştirak edəcək və qalib gələn 2 milli də final mərhələsində gücünü sınayacaq.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"