COP29

Yeni baş məşqçidən tələb edirlər ki... “Rəhbərliklə danışdıq”

5 İyun 2023 16:20 Futzal 470
Yeni baş məşqçidən tələb edirlər ki... “Rəhbərliklə danışdıq”

“Çempionlar Liqasında ən güclü 16 iştirakçı arasına düşməyə çalışacağıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Araz-Naxçıvan” futzal klubunun yeni baş məşqçi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

41 yaşlı mütəxəssis rəhbərliyin tələblərini və qarşıya qoyulan hədəfləri açıqlayıb:

“Təklif gözlənilməz oldu. Rəhbərlik dəvət etdi, danışdıq, istəkləri ilə tanış oldum.

“Araz-Naxçıvan” futzalımızın “flaqman”ıdır. İllərlə bu komandanın heyətində çıxış etmişəm, ən yüksək əyyarlı medallarımı da burada qazanmışam.

Ona görə də iddialı komanda olduqlarını, hər zaman daha yüksək yer tutmaq, mükafat qazanmaq üçün mübarizə apardıqlarını bilirəm.

Elə söhbət zamanı da məndən nə istədiklərini təxmini bilirdim. Əlbəttə, ilk tələb yeni mövsümü zirvədə başa vurmaq, eləcə də, UEFA Çempionlar Liqasında əvvəlki iddialı “Araz-Naxçıvan”ı geri qaytarmaqdır”.

Digər Xəbərlər
Xəbər Lenti